Suallar
Domen və hostinq almalıyam?
Xeyr. Saytınız bizim hostinqimizdə öz linki və QR kodu ilə işləyir.
Sayt üç dildə necə işləyir?
Mətnləri Azərbaycan dilində yazırsınız, rus və ingilis variantlarını da özünüz daxil edib redaktə edirsiniz. Tərcümə yazılmayan yerdə Azərbaycan mətni göstərilir; düymələr və formalar hər dildə hazırdır.
Onlayn kart ödənişi qəbul edir?
Xeyr. Sifariş və ya müraciət WhatsApp-a gəlir, ödənişi özünüz alırsınız.
Bəyənməsəm?
Ödəmirsiniz. Əvvəl hazır önizləməni görürsünüz, sonra qərar verirsiniz.
Kimlər üçün uyğun deyil?
Onlayn ödəniş, anbar uçotu və minlərlə məhsul tələb edən böyük onlayn mağazalar üçün. Bunu açıq deyirik.